Hər şey 1, 2, 3 kimi asandır.

Malik olduğumuz ən qiymətli varlıq - vaxtdır. Bu varlığı yaxınlarınızla paylaşaraq, onu nəyinki qorumuş, hətta artırmış olursuz. Biz isə bu işdə kiçik, lakin vacib bir rol oynayacağıq. Siz soruşa bilərsiniz: "Axı necə?". Hər şey 1, 2, 3 qədər asandır...

  • sm_2e8b3ace341b16a47b077090befc1775

    Addım 1:

    Siz menyunu seçirsiniz və gələn həftəyə 3 və ya 5 günlük şəm yeməyi üçün ərzaq səbətini sifariş edirsiniz. Sifarişi cari həftənin cümə gününədək etmək olar. Səbətlər 2, 3 və ya 4 nəfərlikdir. 

    Sifariş detallarının təsdiqi üçün sizinlə telefon əlaqəsi saxlanılır.

  • sm_9ea23d019858e8fae3f57865970b7075

    Addım 2:

    Bizim aşbazlar sizin üçün səbətləri hazırlayır: ilkin emalını edir - təmizləyir, doğrayır, ölçür. Sonra bütün ərzaqları paketlərə qablaşdırırıq və vakuumlaşdırırıq ki, onlar daha çox qalsınlar. Bundan sonra hər bir günün şam yeməyini ayrıca paketləşdiririk və bunları çatdırılma anınadək ehtiyyatla qoruyuruq.

  • sm_c06dafaeed167083d6f8e4ccb4c3e1ea

    Addım 3:

    Bizim kuryer sifarişinizi şənbə və ya bazar günü sizin üçün rahat olan vaxtda çatdırır. Həmçinin, sifarişinizi bizim ofisdən birbaşa özünüz götürə bilərsiniz.

    Ödənişi həm sifariş aldıqda nəğd və ya plastik kartla mobil terminaldan, həm onlayn olaraq plastik kartla saytdan edə bilərsiniz.

  • sm_1e6b06946c767447888ea9e35b8dcd53

    Addım 4:

    Bizim asan reseptlərə riayət edirsiniz və 20-30 dəqiqəyə şam yeməyiniz hazırdır. 

    Nuş olsun!

360_debcdf1f9ac4514ceb07d7a5e7df2616

Hər şənbə və ya bazar günü siz 5 şam yeməyi üçün lazım olan ərzaq və reseptlər ilə dolu səbət alırsınız.

Bütün ərzaqlar təzə, soyudulmuş və həftənin günlərinə görə dəqiq çeşidlənmişdir.

Yeməklər 30 dəqiqədən gec olmayan bir vaxta hazırlanır.

Sifariş etmək