Tərəvəzli salmon steyk

İnqrediyetnlər: qızılbalıq filesi, göy soğan, kartof, limon, dondurulmuş tərəvəzlər, ədviyyat qarışığı.

Porsiyanın çəkisi: 500 qr

100 qr hazır məhsula:

Enerji dəyəri (kkal) – 87 Zülallar (qr) - 8 Yağlar (qr) – 3 Karbohidratlar (qr) - 7

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik.

1. Balığı qablaşdırmadan çıxardın. Kağız dəsmal ilə qurudun. Hər iki tərəfdən duzlayın və istiotlayın. Yarım limonun suyu ilə isladın. Dərin bir qaba bitki yağı tökün(məsləhətdir ki zeytun yağı olsun) və balıq tikələrini hər iki tərəfdən yağa batırın. Marinə edilməsi üçün 5 dəqiqəlik kənara qoyun.

2. Kartofu təmizləyin, yuyun, doğrayın, qazana qoyun, duzlayın və üzərinə qaynar su əlavə edin. Zəif odda yumuşalana kimi bişirin (təxminən 15 dəqiqə).

3. Orta odda qızdırılmış tavaya bitki yağı əlavə edin və balığı yerləşdirin. Steyki hər tərəfdən 3-4 dəqiqə ərzində qızardın. Məsləhət: balığı bir tərəfdən o biri tərəfə ən azı 3 dəqiqə ərzində çevirməyin ki, dağılmasının qarşısını alasınız. Balığın qızardılması səviyyəsi bu cür yoxlanılır: hazır balığı deşin, zülal üzə çıxarsa demək balıq hazırdır.

4. Balığı tavadan çıxardın və üzərinə kağız dəsmal sərilmiş qaba qoyun ki, dəsmal yağ artıqlarını özünə çəksin. Həmin tavaya donu açılmış tərəvəzləri qoyun və 2-3 dəqiqə ərzində qızılı rəng alanadək qızardın.

5. Kartofun suyunu süzün, kartofu yaxşıca əzin, zövqünüzə görə bir qədər qaynar su və qaymaq əlavə edin ki püre krem halını alsın. Duzlayın, istiotlayın.

6. Kartof püresini qaba yerləşdirin, üzərinə salmon steyki qoyun. Təamı tərəvəz və limon dilimləri ilə bəzəyə bilərsiniz. Nuş olsun!

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_c8bd6cbd140b44c316919d5db06f8fc4 lg_39b49c7fc3e32b7700e09f28159f9001