Tərəvəzli toyuq fahitosu

İnqrediyetnlər: toyuq filesi, bolqar bibəri, baş soğan, acı ketçup, acı çili sous keşniş, tortilya (lavaş) pomidorlar, ədviyyatlar qarışığı

Porsiyanın çəkisi: 450 qr

100 qr hazır məhsula:

Enerji dəyəri (kkal) – 121 Zülallar (qr) - 10 Yağlar (qr) – 4 Karbohidratlar (qr) - 11

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik.

1. Donu açılmış toyuq filesini qablaşdırmadan çıxardın. Yuyun və mətbəx dəsmalı ilə qurudun.

2. Tərəzələri və göyərtini yuyun və təmizləyin.

3. Toyuq filesini və bolqar bibərini iri zolaqlar şəkilində, soğanı isə yarıdairəvə şəkilində doğrayın.

4. Orta odda qızdırılmış tavaya yağ əlavə edin və tərəvəzləri qızılı rəng alanadək 2-3 dəqiqə ərzində qızardın.

5. Toyuqu əlavə edin və daha 3-4 dəqiqə ərzində qızardın.

6. Ketçupu, çili sousunu və doğranmış keşnişi əlavə edin (təamın bəzədilməsi üçün bir qədər keşniş saxlayın), qarışdırın və orta odda 2-3 dəqiqə ərzində qızardın.

7. Ədviyyatlar qarışığını və duzu zövqünüzə görə tədricən əlavə edin.

8. Lavaşı qaba açın, üzərinə tərəvəzli toyuqu düzün və istədikdə lavaşı zərf şəkilində bükün. Təamı pomidorla və doğranmış keşnişlə bəzəyin. Nuş olsun!

Növbəti günün şam yeməyi üçün can ətini buz dolabından çıxardın və soyuducuya yerləşdirin. 

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_e3b620c47f49effe19636c3f906332f5 lg_49a4cb4588bf49148113f478a7533a5e