Pasta Napoli

İnqrediyetnlər: can əti, baş soğan, konservləşdirilmiş qarğıdalı qaymaq, öz suyunda tomatlar, sarımsaq, Parmezan pendiri, pasta rotini, şəkər tozu

Porsiyanın çəkisi: 550 qr

100 qr hazır məhsula:

Enerji dəyəri (kkal) – 245 Zülallar (qr) - 9 Yağlar (qr) – 14 Karbohidratlar (qr) - 20

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik.

1. Pastanın hazırlanması üçün dərin qazan götürün, 1 porsa 0.7-1.0 l hesabı ilə su doldurun. Oda qoyun və qaynamasını gözləyin.

2. Tərəvəzləri və göyərtini təmizləyin və yuyun. Doğanı xırda dördbucaqlar şəkilində doğrayın.

3. Can ətini paketləşdirmədən çıxardın. Yuyun və mətbəx dəsmalı ilə qurudun.

4. Əti ölçüsü təxminən 1.5-1.5 sm olan dördbucaqlar şəkilində doğrayın.

5. Tomat sousu üçün sarımsağı təmizləyin və əzin. Orta odda qızdırılmış böyük quru tavaya bitki yağı əlavə edin (məsləhətdir ki zeytun yağı olsun), soğanı, doğranmış əti və sarımsağı əlavə edin. Qızılı rəng alanadək 3-5 dəqiqə ərzində qızardın. Pomidorları suyu ilə birgə, qarığdalını, qaymağı və reyhan yarpaqlarını əlavə edin (reyhan yarpaqlarından bir neçə dənə təamın bəzədilməsi üçün saxlayın). .

6. Qaynama nöqtəsinə çatdırın, duz, istiou və şəkər tozu əlavə edin, orta odda 5-7 dəqiqə ərzində bişirin. Pasta bişənə kimi sousu kənara qoyun ki dadı alsın.

7. Pastanı qaynayan suda bitki və ya zeytun yağı əlavə etməklə 7 dəqiqə ərzində bişirin. Pasta bir qədər tam bişməməlidir.

8. Hazırlanmış pastanı tomat sousuna yerləşdirin, qarışdırın və sousda orta odda daha 2 dəqiqə ərzində bişirin. Pastanı qablara qoyun, reyhanla və Parmezan pendiri ilə bəzəyin. Nuş olsun!

Növbəti günün şam yeməyi üçün balığı buz dolabından çıxardın və soyuducuya yerləşdirin. 

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_ea13d7314f4ed8a5e864c0511b520621 lg_fe70463cb37823a01cfa3855b904af85