Badam ovuntusunda toyuq filesi qırmızı kələm salatı ilə

İnqrediyentlər: toyuğun döş əti, badam ovuntusu, sarımsaq, qırmızı kələm, soğan, portağal, alma, ədviyyatlar qarışığı

Porsiyanın çəkisi: 550 qr

100 qr hazır məhsula:

Kalori (kkal) – 114 Zülallar (qr) –8 Yağlar (qr) – 6 Karbohidratlar (qr) – 7

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik.

1. Sarımsağı təmizlətin və bıçağın yastı tərəfi ilə əzin. Badam ovuntusunu yastı boşqaba tökün, bitki yağı əlavə edin (məsləhətdir ki zeytun yağı olsun), duz, istiot və sarlmsaq əlavə edin. Yaxşıca qarışdırın.

2. Toyuq filesini paketdən çıxardın, yuyun, qurudun (və ya kağız dəsmal ilə silin). Hər bir fileni hər tərəfdən badam ovuntusunda batırın (yağ qatıldığına görə ovuntu çox tökülməyəcək).

3. Badam ovuntusuna batırılmış toyuq filesini quru doğrama taxtasına yerləşdirin və bir qədər quruması üçün buraxın.

4. Kələmi, soğanı, portağalı və almanı paketdən çıxardın. Hamısını yuyun. Kələmi doğrayın, zövqünüzə görə duzlayın və bir qədər əlinizlə əzin. Almanın qabığını təmizləyin və doğrayın. Soğanı salata zövqünüzə görə xırda yarımxalqa şəkilində doğrayaraq qatın. Kələmi bir qədər sıxın. Bütün inqrediyentləri qabda qarışdırın və salatı portağalın şirəsini üzrətinə sıxın (2 porsa ½ portağal hesab ilə). Salat hazırdır.

5. Orta odda qızdırılmış tavaya bitki yağı əlavə edin. Ehtiyyatla fileni tavaya yerləşdirin. 2-3 dəqiqədən sonra fileni çevirin və yenə 2-3 dəqiqə ərzində qızardın. Badam ovuntusunda toyuq filesi hazırdır.

6. Fileni və salatı başqaba yerləşdirin və süfrəyə təqdim edin. Nuş olsun!

Növbəti günün şam yeməyi üçün balıq filesini buz dolabından soyuducuya yerləşdirin.

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_01177aa2a85f794fd2742688b167d3d1 lg_285360a6978e5153ae3dde54b44ebe1d