Küncütlü can əti beybi-kerrots kökü və tərəvəzlərlə

İnqrediyentlər: can əti, toyuq yumurtası, un, küncüt tumları, göyərti, dondurulmuş tərəvəzlər, beybi-kerrots kökü

Porsiyanın çəkisi: 500 qr

100 qr hazır məhsula:

Kalori (kkal) – 154 Zülallar (qr) –10 Karbohidratlar (qr) – 22 Yağlar (qr) – 3

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik.

1. Tərəvəzləri qablaşdırmadan çıxardın, buzun açılmasılması üçün kənara qoyun və suyunu süzün.

2. Can ətini qablaşdırmadan çıxardın və 4 sm enində medalyonlara kəsin, mətbəx çəkiçi ilə döyün. Məsləhət: ətin sıçramaması üçün onu polietilen paketə qoyun və bundan sonra döyün. Əti hər iki tərəfdən duzlayın və istiotlayın.

3. Üç qab götürün – biri dərin, ikisi yastı. Qabların birinə küncüt tumlarını boşaldın. Başqa bir qaba un tökün. Üçüncü (dərin) qabda çəngəl ilə toyuq yumurtasını çalın.

4. Əti öncə una, sonra isə çalınmış yumurtaya batırın. Daha sonra dərhal əti küncüt tumlarına batırın (bunu hər iki tərəfdən edin).

5. Orta odda qızıdırılmış tavaya yağ əlavə edin. Əri qızdırılmış yağda qızardın. Qızılı rəng alanadək ətin bir tərəfini qızardın. Daha sonra isə əti çəngəl ilə çevirin və alovun gücünü azaldaraq yarıbağlı qapaq ilə digər tərəfdən qızardın.

6. Donu açılmış tərəvəzləri ətə qatın və 1-2 dəqiqə ərzində qızardın. Duzalyın, istiotlayın. -

7. Hazır əti isti-isti süfrəyə dərhal təqdim etsəz yaxşı olar. Təamı tərəvəzlər və göyərti ilə bəzəyin. Nuş olsun!

Növbəti günün şam yeməyi üçün toyuq filesini buz dolabından soyuducuya yerləşdirin. 

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_bb3add17c8946583e2f3f4fdbec3464f lg_1ff39800f5ea69c25da16b8ef9f3b32a