Folqada bişmiş toyuqlu və pendirli balqabaq

İnqrediyentlər: toyuğun döş əti, balqabaq, balqabaq tumları, ədviyyatlar qarışığı, sarımsaq, Parmezan pendiri

Porsiyanın çəkisi: 500 qr

100 qr hazır məhsula:

Kalori (kkal) – 119 Zülallar (qr) –12 Yağlar (qr) – 7 Karbohidratlar (qr) – 7

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik.

1. Balqabağın qabığını təmizləyin. Balqabağı orta həcmli dördbucaqlar şəkilində doğrayın (təxminən 1-1.5 sm).

2. Toyuq filesini paketdən çıxardın, yuyun, qurudun, xırda dilim şəkilində doğrayın (əgər sümüyü olsa onu ləğv edin). Əvvəl doğranmış balqabaq dilimlərini və toyuq ətini dərin qaba yerləşdirin, ədviyyatlar qarışığını və bir qədər bitki yağı əlavə edin, zövqünüzə görə duzlayın və yaxşıca qarışdırın. Həmin qarışığa təmizlənmiş balqabaq tumlarını, 1-2 diş xırda doğranmış sarımsaq əlavə edin.

3. Parmezan pendirini xırda dilim şəkilində doğrayın və alınmış kütləyə qatın.

4. Soba qabına folqa sərin, alınmış inqrediyentləri ona yerləşdirin və folqa ilə bürün (təamın daha tez bişməsi üçün folqanın parlaq tərəfi içəri olsun). Balqabağın bişməsi üçün 200 dərəcə istiliyində təxmnən 20-25 dəqiqə ərzində hamısını sobada bişirin.

5. Sobada bişmiş toyuqlu balqabağı qaymaqla birgə süfrəyə təqdim edin. Nuş olsun!

Növbəti günün şam yeməyi üçün toyuq filesini buz dolabından soyuducuya yerləşdirin. 

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_61ff9c9c44f5598e947d63c0c6d25918 lg_8887e29645364d99cf8c4599c316a664