​İsveçrə sayağı kiftələr

İnqrediyetnlər: dana ətindən farş, bəyaz çörək bulkası, baş soğan, bulyon, qaymaq, un, kartof, ədviyyatlar qarışığı.

Porsiyanın çəkisi: 520 qr

100 qr hazır məhsula:

Enerji dəyəri (kkal) – 163 Zülallar (qr) - 6 Yağlar (qr) – 9 Karbohidratlar (qr) - 15

Hazırlanması:

Diqqət! Biz sizə dünya mətbəxinin restoran səviyyəsinə uyğun müxtəlif təamlarının reseptlərini təqdim edirik. Bu təamlarda müxtəlif ədviyyat və otlardan istifadə edildiyinə görə, onlar qeyri-adi və spesifik dada malik ola bilərlər. Bununla əlaqədar olaraq, bütün ot və ədviyyatları yeməklərə qatmazdan əvvəl dadmağı və tədricən əlavə etməyi tövsiyə edirik

1. Kartofu təmizləyin, yuyun, dilimləyin, qazana düzün, duzlayın və üstünə qaynar su əlavə edin. Az odda yumuşalana kimi bişirin (15 dəqiqəyə yaxın).

2. Farşı paketdən çıxardın və qaba qoyun.

3. Soğanı təmizləyin, xırda doğrayın və qızılı rəng alanadək bitki yağında orta odda qızardın.

4. Bulkanı suda isladın (2 porsa 100 ml hesabı ilə) və sıxın. Farşı, soğanı, bulkanı, duzu, istiotu və ədviyyatları qarışdırın. Yaş əllərlə kiftələri formalaşdırın, bitki yağında orta odda hər tərəfdən qızardın (10 dəqiqə).

5. Ayrıca qabda bulyonu və qaymağı qarışdırın (qaymağın bir hissəsini krem-püre üçün saxlayın). Alınan kütləyə tədricən un qatın və yaxşıca qarışdırın. Kiftələr qızarandan sonra sousu onlara əlavə edin, qaynadın və qaynadıqdan sonra 1-2 dəqiqə qızdırın.

6. Kartofun suyunu süzün, kartofu əzin, yerdə qalmış qaymağı (2 porsa 1 x.q. hesabı ilə) və bir qədər qaynar su əlavə edin ki, püre krem formasını alsın. Duzlayın, istiotlayın.

7. Kiftələri püre ilə təqdim edin, sousu təamın üzərinə əlavə edin. Nuş olsun!

Menyuya qayıtmaq

Mətbəxtdə sizə nə lazım olacaq

Dadlı şam yeməyinin hazırlanması üçün tələb olunan əşyalararın siyahısı!

lg_ea66a312a13d0480b22bd73b761a2518 lg_2be8d737af5f6219be507e9e1b852f1c