Mətbəx sirləri - Barakat.az-dan məsləhətlər.

  1. Əti tez-tez çevirməyin - belə siz onun xırıltılı üzünü itimiş olarsınız, ətin isə quru olacaq, çünkü suyu tavaya axacaq. Kotletin və ya döymə ətin nə vaxtı çeviriləcəyini necə bilmək olar? Tavanı sirkələyin, əgər ət onun içində "sürüşürsə", demək ki vaxtdır.
  2. Soyuq sıxılmış zeytun yağında yemək qızardmaq böyük səhvdir: yüksək temperaturda yağ "yanmağa" başlayır və bununla da təamın dadını və xeyirini azaldır.

  1. Xarab yumurtalar suyun üzərinə çıxır, belələrini yemək qəti qadağandır. Təzə yumurta suyun dibində qalır. Əgər yumurta suyun ortasındadırsa, demək ki o 2-3 həftəlikdir, ancaq hələ ki yemək üçün yararlıdır.
  2. Yenihazırlanmış əti dərhal yemək düzgün deyil - hər ət yeməyi hazırlandıqdan sonra gərək bir necə dəqiqə ərzində bir qədər "özünə gələr",

  1. Balığı qril üzərindı dadlı və rahat bişirmək üçün, onu limon dənəcikləri üzərində qızardın - həm içinə heçnə düşmür, həm də balıq sitrusun ətrni canına çəkir. 
  2. Göyərtinin bıçağa yapışmaması üçün, onu bir qədər duzlamaq lazımdır. 

  1. Əgər sizə təcili yumşaq kərə yağı lazımdırsa (buterbrod üçün), siz isə onu buz dolabından hələ indi çıxarmısınız, bu cür resept var: içi su ilə dolu olan stəkanı mikrodalğalı sobaya qoyun və onu qızdırın. Suyunu qırağa tökün, isti stəkanı çevirib, yağın üstünə qoyun və bir neçə dəqiqədən sonra yağ yumşalacaq.

  1. Bir tavaya çoxlu sayda ət yerləşdirmək geniş yayılmış səhvdir. Əgər ətin quru yox suu alınmasını istəyirsinizsə, tikələrin aralarında bir qədər məsəfə saxlamağa çalışın. 
  2. Sobada yemək bişirərkən, sürtgəcdən sürtülmüş pendiri təamın üzərinə onun tam bişməsinə 5 dəqiqə qalmış səpələmək lazımdır. Əks təqdirdə o saqqız kimi dartılan yox, dişləməsi belə çətin olan bir qabığa dönə bilər. 

  1. Doğranma taxtasının sürüşməməsi üçün onun altına mətbəx dəsmalını sərin. 
  2. Kartof püresinə ancaq isti süd əlavə etmək olar. Soyuq süddən o xoşagəlməz boz rəng alır. 

  1. Əgər sizə çoxlu sayda bişmiş yumurta lazımdırsa (məsələn, bir neçə salat üçün) - onları sobada bişirmək daha tez və rahat olar, nəyin ki qazanda. 
  2. Əgər mayonez bitibsə, lakin o sizə təcili lazımdır, sadəcə blenderdə 1 yumurta və 150 ml. zeytun yağını qarışdıra bilərsiniz. 

Mənbə: https://www.adme.ru/zhizn-kuhnya/14-kulinarnyh-hi... © AdMe.ru